A Seriyası təmsilçisi "Napoli" qışda "Sportinq"dən icarəyə götürdüyü Alisson Santos ilə bağlı yeni qərar qəbul edib.
Sportnet.az xəbər verir ki, Neapol klubu braziliyalı vingerin sözləşməsində olan 15.5 milyon avroluq satınalma bəndini aktivləşdirəcək.
23 yaşlı futbolçunun sərgilədiyi oyundan razı qalan İtaliya nəhəngi onu gələcək planlarının parçası kimi görür.
Qeyd edək ki, Alisson Santos "Napoli" formasını geyindiyi 7 matçda 2 qola imza atıb.












































































