"Şamaxı"nın iki əsas futbolçusu Azərbaycan Premyer Liqasının XXVII turunda "Qarabağ"a qarşı oynaya bilməyəcək.
Sportnet.az-ın məlumatına görə, bunlar Dioqo Balau və Karim Rossidir.
Balau bu gün "Zirə" ilə XXVI tur matçının 52-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
Rossi isə butsunu yerə çırpdığı üçün mövsümdə 4-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşüb.
Hazırda davam edən oyunda hesab bərabərdir - 1:1. Matçı FIFA referisi Elçin Məsiyev idarə edir. Məsiyev Balaunun qovulmasına etiraz edən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasova da sarı vərəqə göstərib. Abbasov isə cavabında texniki zonadakı planşeti bir zərbə ilə qırıb.
Qeyd edək ki, aprelin 11-də keçiriləcək "Şamaxı" - "Qarabağ" görüşü saat 15:30-da başlanacaq.















































































