İngiltərə 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasının əsas mərhələsində 5 komanda ilə təmsil olunacaq.
Sportnet.az xəbər verir ki, buna səbəb "Arsenal"ın 1/4 finalın ilk oyununda Portuqaliyada "Sportinq" üzərində 1:0 hesablı qələbəsi olub.
Belə bir nəticə İngiltərənin UEFA reytinq cədvəlində mövqeyini möhkəmləndirib və ölkəyə əlavə vəsiqə qazandırıb.
Qeyd edək ki, yeni formatda Çempionlar Liqasında iştirakçı sayı 36-ya çatdırılıb. Əlavə iki vəsiqə UEFA əmsallar cədvəlində ən çox xal toplayan ölkələrə verilir. “Arsenal”ın qələbəsindən sonra İngiltərə klublarının 2025/2026 mövsümündə topladığı xal 25,013-ə yüksəlib. İkinci əlavə vəsiqə uğrunda isə Almaniya və İspaniya mübarizə aparır.
Hazırda İngiltərə Premyer Liqasında 5-ci pillədə 49 xalla "Liverpul" qərarlaşıb. Onu 48 xalla "Çelsi" izləyir. "Brentford" və "Everton" isə hərəyə 46 xalla növbəti yerləri bölüşür.














































































