Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günü yalnız bir qarşılaşma baş tutub.
"Braqa" Portuqaliyada İspaniya "Betis"ini sınağa çəkib.
Matça meydan sahibləri erkən qolla başlayıb. 5-ci dəqiqədə Florian Qrilitş fərqlənib. Hissə 1:0 hesabı ilə yekunlaşıb.
İkinci hissədə qonaqlar penalti əldə edərək hesabı bərabərləşdiriblər. Görüş bərabərliklə başa çatıb.
UEFA Avropa Liqası
1/4 final mərhələsi
İlk oyunlar
8 aprel
20:45 "Braqa" (Portuqaliya) - "Real Betis" (İspaniya) 1:1
Qollar: Florian Qrilliç, 5 - Kuço Hernandes, 61
Qeyd edək ki, mərhələnin digər matçları sabah baş tutacaq.











































































