Rumıniya futbolunun əfsanəvi simalarından olan Mirça Luçesku ilə vətənində vida mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, son olaraq Rumıniya milli komandasına rəhbərlik etmiş təcrübəli mütəxəssis 80 yaşında ürək tutmasından vəfat edib.
Mərhumun cənazəsi Buxarestdəki Milli Stadiona gətirilib və burada onunla vida mərasimi təşkil olunub. Vida mərasimi Rumıniya televiziyasında canlı yayımlanıb.
Daha əvvəl UEFA qurumun bayrağı altında keçirilən bütün oyunların bu həftə bir dəqiqəlik sükutla başlayacağını açıqlayıb.
Məlumata görə, Luçesku Rumıniya millisinin məşqi zamanı səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Ona kəskin miokard infarktı diaqnozu qoyulub.
Aprelin 5-də vəziyyəti daha da ağırlaşan mütəxəssis süni komaya salınsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.




















































































