AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XXV turunda keçirilmiş oyunlardakı mübahisəli epizodları şərh edib.
Sportnet.az xəbər verir ki, Həsənov FIFA referiləri Kamal Umudlu və Elçin Məsiyevin yanlış qərarlar verdiyini bildirib.
Onun fikrincə, Umudlu "Sumqayıt"la səfər matçında "Neftçi"nin lehinə penalti təyin etməməli idi.
Məsiyevin isə "Şamaxı" ilə qarşılaşmada "Zirə"nin futbolçusuna sarı vərəqə göstərməməsi doğru qərar sayılmayıb.












































































