Türkiyə Super Liqası təmsilçisi "Fənərbağça" yayda yarımmüdafiəsini gücləndirmək niyyətindədir.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbul klubu "Tottenhem"in futbolçusu İv Bissumanı mövsüm sonunda azad agent kimi heyətinə qatmaq istəyir.
Malili oyunçunun müqaviləsində bir illik uzatma seçimi olsa da, "Spurs" bunu istifadə etməyəcək.
"Fənərbağça" artıq 29 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparır.
Qeyd edək ki, İv Bissuma 2022-ci ildən "Tottenhem"in şərəfini qoruyur.











































































