"Əminliklə deyə bilərəm ki, "Enfild" stadionunda tamamilə fərqli "Liverpul" görəcəksiniz".
Sportnet.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Arne Slot dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən PSJ - "Liverpul" görüşündən (2:0) sonra keçirilən mətbuat konfransında deyib:
"Azarkeşlərimizə çox ehtiyacımız var. Futbolda hər şey mümkündür. Bu gün bəxtimiz gətirdi ki, sadəcə 0:2 hesabla uduzduq. "Enfild" çox şeyə qadirdir".
Qeyd edək ki, cütün cavab qarşılaşması 14 aprel Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.












































































