Azərbaycan Premyer Liqasında XXVII turun qalan beş görüşünün təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun səhv çıxardığı daha 2 FIFA referilərindən Kamal Umudlu "Şamaxı" - "Qarabağ" oyununa VAR hakimi təyin olunub.
Yeni FIFA referisi Tural Qurbanov isə "Sabah" - "Zirə" matçını idarə edəcək.
Çimərlik futbolu üzrə sabiq beynəlxalq dərəcəli baş hakim İnqilab Məmmədov bu mövsüm ilk dəfə "Qarabağ"ın görüşündə fit çalacaq. O, ötən mövsüm Azərbaycan Kubokunun finalında "Sabah"a əlavə vaxtda 2:3 hesablı məğlubiyyətdən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun narazı açıqlamalarına tuş gəlmişdi.
11 aprel (şənbə)
15:30. “Şamaxı” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
18:00. “Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”
20:00. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Palms Sports Arena”
12 aprel (bazar)
15:30. “Qəbələ” – “İmişli”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu
18:00. “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu.















































































