Rumıniyada əfsanəvi futbol mütəxəssisi Mirçea Luçeşku ilə bağlı mühüm qərar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Katalin Prediu açıqlama verib. O bildirib ki, Buxarestdə inşa olunan “Dinamo” stadionu gələcəkdə məhz Luçeskunun adını daşıyacaq.
Nazir bu açıqlamanı mərhum məşqçi ilə vida mərasimində, "Arena Națională" stadionunda çıxışı zamanı verib.
O, Luçeskunun ailəsinə şəxsən başsağlığı verərək, onun Rumıniya futbolu üçün əvəzolunmaz fiqur olduğunu vurğulayıb.
Nazir həmçinin rəsmi şəkildə elan edib ki, artıq yeni stadionun “Dinamo Mircea Lucescu Stadium” adlandırılması üçün hüquqi prosedurlara başlanılacaq.














































































