Türkiyə Super Liqasının XXIX turunda "Beşiktaş"la matçda zədələnən "Fənərbağça"nın yarımmüdafiəçisi Marko Asensionun taleyinə aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, ispaniyalı futbolçu diz zədəsinə görə 10-14 gün yaşıl meydanlardan uzaq qalacaq.
Onun 26 apreldə baş tutacaq "Qalatasaray"la matça qədər hazır olması gözlənilir.
Qeyd edək ki, Asensio cari mövsüm meydana çıxdığı 35 matçda 11 dəfə fərqlənib, 13 məhsuldar ötürməyə imza atıb.














































































