"Antalyaspor” yaxşı komandadır, güclü oyunçuları, Eto’O kimi ulduz futbolçuları var". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin futbolçusu Elvin Bədəlov Türkiyə "Antalyaspor”u ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Gənc müdafiəçi 2:0 hesablı qələbəyə rəğmən, oyunun çətin keçdiyini bildirib. Bədəlov Premyer Liqanın ilk turunda "Kəpəz"lə keçirəcəkləri görüş barədə də danışıb: "Artıq Türkiyədəki təlim-məşq toplanışını başa vurmaq üzrəyik. İnşallah, "Kəpəz”lə ilk tur oyununda qələbə bizi gözləyir”.