Türkiyə Super Liqası təmsilçisi “Beşiktaş”ın kapitanı Orkun Kökçü “Çaykur Rizespor”la oyundan (2:2) sonra açıqlama verib.
Sportnet.az xəbər verir ki, milli futbolçu komandasının ilk hissədə zəif çıxış etdiyini bildirib:
“İlk hissədə bizə yaraşmayan oyun oldu. İkinci hissədə daha enerjili və istəkli oynadıq. Bərabərliyi yaxaladıq. Başqa şanslarımız da var idi. Matçı qazana da bilərdik, uduza da bilərdik”.
Orkun Kökçü mövsümün son oyununa çıxdıqlarını vurğulayaraq azarkeşlərdən üzr istəyib:
“Son matç idi, bunun son oyun olduğu bəlli idi. Bu mövsüm üçün azarkeşlərimizdən üzr istəyirik. Eyni zamanda təşəkkür edirəm. Hər şəraitdə bizə dəstək oldular. İnşallah, gələn mövsüm hədəflərimizə çatacağıq, onlara yaxınlaşacağıq. Əlimizdən gələni edəcəyik”.
Təcrübəli yarımmüdafiəçi sıx mövsümdən sonra istirahət mərhələsinə keçəcəklərini söyləyib:
“Tətil, Dünya Kuboku... Klub futbolundan bir qədər uzaqlaşacağıq. Hər kəs dincələ, fikrini toparlaya bilər. Üzr istəyirik, təşəkkür edirik. Gələn il görüşənədək”.
Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasında 2025/26-cı mövsümünü 60 xalla 4-cü pillədə başa vurub.
















































































