Almaniya Bundesliqası təmsilçisi "Bavariya" kapitanı Manuel Noyerlə yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, Almaniya çempionunun mətbuat xidmətində yayılan məlumata görə, 40 yaşlı qapıçı ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin yayından "Bavariya"da çıxış edir. O, cari mövsüm münhenlilərlə 36 matçda forma geyinib.
















































































