"Şamaxı" bu gün "Turan Tovuz" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXII tur matçına heyətində 2 itki ilə çıxacaq.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, David Santos və Alfons Msanqa zədə səbəbindən Qərb təmsilçisi ilə görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" matçına bu gün saat 17:00-da start veriləcək.















































































