Futzal üzrə Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb.
Sportnet.az xəbər verir ki, mövsümün yekun görüşünü beynəlxalq dərəcəli hakimlər idarə edəcək.
Qarşılaşma CBC Sportla canlı yayımlanacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 16:00-da başlayacaq və zala giriş biletsiz olacaq.
21 may
16:00. "Araz-Naxçıvan" – "Neftçi" İK
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev
Ehtiyat hakim: İmran Məhərrəmov
Hakim-inspektor: Əfqan Həmzəyev
Bakı İdman Sarayı.






































































