Slovakiyanın paytaxtı Bratislavadakı minifutbol üzrə Avropa çempionatında Azərbaycan millisi ilk oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, F qrupunda yer alan yığma ilk görüşündə Avstriya seçməsi ilə qarşılaşıb.
Matç 1:0 hesabı ilə Elşad Quliyevi baş məşqçi olduğu millinin xeyrinə yekunlaşıb.
Yeganə qolu görüşün 36-cı dəqiqəsində İsa Atayev vurub.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu mayın 29-da İtaliya yığmasına qarşı keçirəcək.

















































































