1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" yenidən paytaxtda
Topaz Premyer Liqasının II turunda AZAL-la qarşılaşacaq "Qəbələ” matçın hazırlıqlarını Bakıda davam etdirir. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" avqustun 10-da Qəbələdə "Qarabağ”la keçirilmiş I turun oyunundan sonra məşqlərinə ara verməyib.
Baş məşqçi Roman Qriqorçuk qarşılaşmanın ertəsi günü yalnız ilk turda meydana çıxanlara istirahət verib. Növbəti məşq isə tam heyətlə baş tutub. "Qəbələ” əsasən toplu çalışmalardan ibarət olan məşqlərini ADBTİA stadionunda gerçəkləşdirir. Bugünkü hazırlığın qarşılaşmanın keçiriləcəyi stadionda baş tutması planlaşdırılıb.
Qeyd edək ki, avqustun 15-də "AZAL Arena”da keçirilməli olan oyunun yeri də dəyişdirilib. Görüş "Dalğa Arena”da baş tutacaq. Qarşılaşma saat 21:00-da başlayacaq.