1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin rəqiblərindən yalnız biri qalib oldu
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri öz ölkələrinin cempionatlarında növbəti oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, 3 komandadan yalnız 1-i turu qələbə ilə başa vurub.
Bu, ilk turda Bakıdan 1 xalla ayrılmağı bacaran PAOK-dur. Saloniki komandası Yunanıstan Super Liqasındakı V tur matçında "Atromitos"a səfərdə qalib gəlib - 2:1. PAOK-un qollarını Dimitar Berbatov (dəq. 72) və Robert Mak (dəq. 90) vurub.
Dortmund "Borussiya"sı Almaniya Bundesliqasındakı VII tur qarşılaşmasında "Darmştadt"ı evdə yenə bilməyib - 2:2. Meydan sahiblərinin hər iki qolunu Pyer-Emerik Obameyanq vurub. O, 63-cü və 71-ci dəqiqələrdə fərqlənib.
Oktyabrın 1-də "Qəbələ"ni qəbul edəcək "Krasnodar" isə "Terek"lə ev oyununda məğlubiyyətdən qurtulub - 1:1. Yeganə qolu 72-ci dəqiqədə Sergey Petrov vurub.
Qeyd edək ki, 10 tura 13 xal toplayan "Krasnodar Rusiya Premyer Liqasında 9-cu pillədə qərarlaşıb. Dortmund Borussiya"sı 7 turdan sonra 17 xalla Almaniya Bundesliqasında 2-ci, 5 oyundan 10 xal toplayan PAOK Yunanıstan Super Liqasında 3-cü yeri tutur.