
"Dortmunda yalnız ümidlə gedirəm. mümkün qədər oyunumuzdan həzz almağa və bacardığımız qədər çox xal gətirməyə çalışacam". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qəbələ"nin futbolçusu Aleksey Qay deyib.
Almaniya "Borussiya"sı (Dortmund) keçiriləcək cavab oyunu haqda danışan futbolçu Bakıda keçirilmiş ilk oyunda qeydə alınan 1:3 hesablı məğlubiyyətdən sonra Dortmunddan xalla dönməyin real olduğunu deyib: "İnanırıq ki, xalla qayıda bilərik. Buna inanmasaq, qup mərhələsinə düşməzdik. Səfərə xal qazanmaq üçün yollanırıq. Səhvləri olmayan komanda yoxdur. Biz yüksək surətdə oynasaq, yaxşı nəticə qazana bilərik. İlk oyunda qol vurmaqda çətinlik çəkirdik. Bu bizim komandanın çatışmazlığıdır və bunun üzərində işləmişik. Əlimizə düşən imkanlardan istifadə edib qol vurmalıyıq. Almaniyada daha çox azarkeş rəqibi dəstəkləyəcək. Biz bu cür atmosferləri hiss etmək üçün belə turnirdə çıxış edirik və bu cür azarkeşlərlə dolu tribunalar qarşısında oynamağa öyrəşməliyik".
A.Qay komandada yorğunluğun olması ilə bağlı suala isə belə cavab verib: "Heyəti dəyişmək, oyunçuları oyuna daxil etmək baş məşqçinin işidir. Gərginliyə, yoğunluğa gəldikdə isə düşünürəm ki, futbolçular heç də yorulmayıb və var gücləri ilə mübarizə aparırlar".