"Qəbələ"nin futbolçusu Ermin Zetsin Sportnet.az-a müsahibəsi
- "Qəbələ"nin PAOK qarşısında şansları necədi?
- "Qəbələ"nin PAOK qarşısında şansları necədi?
- Bizi çox çətin oyun gözləyir. Qələbə şansımız da böyükdür. İlk oyunda biz bunu nümayiş etdirdik. Bakıdakı oyunda əsl xarakter ortaya qoyduq. Düşünürəm ki, Yunanıstanda da yaxşı futbol oynayıb, uğurlu nəticə qazana bilərik.
- PAOK azarkeşlərin çılğınlığı ilə seçilir. Bu sizin üçün xüsusi problem yaratmayacaq ki?
- Bilirik ki, stadionda çox yaxşı atmosfer olacaq. PAOK azarkeşləri komandalarını yüksək səviyyədə dəstəkləyirlər. Amma bu bizim üçün hər hansı bir xüsusi problem yaratmayacaq. çünki bundan əvvəl daha çılğın olan "Panatinaiko" kimi klubun azarkeşləri qarşısında oynamışıq. Üstəlik "Borussiya" ilə Dortmundakı oyunda da belə idi. Düşündüyüm odur ki, çox maraqlı oyun olacaq.
- Son vaxtlar əsas heyətdə sən yox, Fakundo oynayır. Bu nə ilə bağlıdır?
- Üç həftədir ki, zədədən əziyyət çəkirdim. Ona görə də əsas heyətdə oynamağa çətinlik çəkirdim.
- "Qəbələ"nin qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən?
- PAOK və "Krasnodar"la görüşlərdə qələbə qazansa, hər şeyin yaxşı olacağına inanıram.
- Son turlarda xal itirməyiniz Premyer Liqada çempionluq yolunda "Qəbələ"yə maneə yaratmayacaq?
- Biz çempionluğa inanırıq. Ümid edirəm ki, mövsümü çempion olaraq başa vuracağıq. Bunun üçün şansımız da var. Son turlarda qələbə qazana bilmirik.
- Türkiyənin "Balıkesirspor" klubu ilə olan pul məsələsi nə yerdədir?
- Düzdür, əvvəllər problemim vardı. İnanıram ki, klubla danışıb bu məsələni müsbət həll edəcəyik.
- Oradan pulunu almısan?
- Xeyr, hələ ki, almamışam. lazım olan sənədləri UEFA-ya göndərmişəm. Qurumun cavabını gözləyirəm. Görək nə olacaq.