1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA açıqladı: FİFA üçün 2 namizəd
AFFA FİFA prezidentliyinə namizədlərlə bağlı son qərarını fevralın 15-dək açıqlayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə federasiyanın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yerli federasiya ali futbol qurumunun prezidentlik postuna 5 namizəddən yalnız 2-si ilə görüşüb. Bunlar Şahzadə Əli bin əl Husseyn və Canni İnfantinodur: "Şahzadə Əlini çox yaxşı tanıyırıq. Kompaniya proqramı ilə tanışıq. Telefonla müzakirə aparmışıq. İnfantinonu isə 2010-cu ildən tanıyırıq. Bu yaxınlarda onun iştirakı ilə UEFA-da bir saatlıq təqdimat oldu. Düzdür, Avropa futbol ailəsi onu dəstəkləyir. Amma hər bir milli assosiasiya daxili müzakirələrdən sonra qərarını verəcək".
E.Məmmədov digər 3 namizədin - Şeyx Salman bin İbrahim əl Xəlifə, Tokyo Seksveyl və Jerom Şampanın dəstək üçün müraciət etmədiklərini və onlarla tanış olmadıqlarınısöyləyib.
Qeyd edək ki, seçki fevralın 26-da İsveçrənin paytaxtı Sürixdə keçiriləcək. Səsvermədə FİFA-nın tərkibinə daxil olan 209 futbol federasiyası iştirak edəcək.