İngiltərənin "Çelsi" klubunun gənclərdən ibarət komandasının futbolçusu Ola Eyna mərkəzdən qol vurub. Sportnet.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçi "Tottenhem"lə qarşılaşmanın 35-ci dəqiqəsində fərqlənərək, hesabı 3:0-a çatdırıb.
Sonradan komandalar hərəyə 2 dəfə fərqlənib - 5:2.
Qeyd edək ki, Ola Eyna 8 oktyabr 1996-cı ildə Londonda doğulub. Onun "Çelsi" ilə iyunun 30-dək müqaviləsi var.













































































