AFFA-nın baş katibi Elxan Məmmədov martda keçiriləcək federasiyanın prezident seçkilərində namizəd qismində iştirak etməyəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə E.Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırmır: "Öz namizədliyimi verməyimi planlaşdırmıram. bu barədə mətbuatdan eşitmişəm. Bunlar mənim planımda yoxdur. AFFA prezidenti və İcraiyyə Komitəsi istəsə, gələcəkdə də baş katib kimi fəaliyyətimi davam etdirəcəm".