Fevralın 17-də "Boulevard Hotel Baku” otelində klubların lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı başlayıb. Sportnet.az-ın məlumatına görə, tədbirə UEFA nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssisləri qatılıb.
"Ötən Lisenziyalaşdırma mövsümünün icmalı və təhlili”, "FİFA və UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarının müzakirəsi”, "Lisenziyalaşdırma sisteminin inkişaf perspektivləri” mövzularının müzakirə olunduğu seminarın ilk günündə iştirakçılar Bakı Olimpiya Stadionunda olub, stadionla bağlı ətraflı məlumat əldə ediblər.
Seminara bu gün yekun vurulacaq.