1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qonşuların dueli”ndən tarixi derbiyədək
Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ardıcıl 3-cü turdur mübarizə 3 gündə keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, artıq sabah XXII turun açılış oyunu olacaq.
Matçların çoxu paytaxtda baş tutacaq. Elə turun ilk görüşünü də Bakıda izləyəcəyik.
"Kəpəz” yalnız "İnter”ə qol vura bilmir
"İnter” - "Kəpəz” oyununu "qonşuların dueli” kimi qələmə vermək olar. Komandalar turnir cədvəlində 4-5-ci pilləni bölüşdürür və aralarında cəmi 1 xal fərq var. "Kəpəz” 1 xal qabaqladığı rəqibindən qış fasiləsinədək xeyli geridə idi. Ancaq üçüncü dövrədə vəziyyət dəyişdi. Təsadüfi deyil ki, "Kəpəz”in fasilədən sonra hesabında 6 xal varsa, "İnter” cəmi 1 xal toplaya bilib. Nəticədə Gəncə təmsilçisi aradakı xal fərqini aradan qaldıraraq "bankirlər”i keçməyə müvəffəq olub.
Ancaq cari mövsümdəki şəxsi oyunlarda "İnter”in üstünlüyü diqqət çəkir. Şahin Diniyevin komandası nəinki rəqibinə qalib gələ, heç qapısına yol tapa bilməyib. Ümumiyyətlə, "Kəpəz” bu çempionatda "İnter”dən başqa bütün komandalara qol vura bilib. "Bankirlər”in qapısını milli komandamızın cəzası bitən "1 nömrə”si Kamran Ağayevin qoruyacağını nəzərə alsaq, gəncəlilərin bu dəfə də işi çətin olacaq. "İnter”ə ev oyununda 3 xal həm bu il ilk qələbəsini qazanmağa, həm də "Kəpəz”i keçməyə imkan verəcək. "Kəpəz” üçünsə böyük stimul "İnter”ə nəhayət, onun meydanında qalib gəlmək olmalıdır.
"Sumqayıt”ın 2 həsrəti
AZAL-la "Sumqayıt” da turnir cədvəlində qonşudur. Ancaq "İnter”lə "Kəpəz”dən fərqli olaraq, burada xal fərqi böyükdür. 7-ci yerdə olan "təyyarəçilər” 8-ci pillənin sahibi "gənclik şəhəri” təmsilçisindən 6 xal öndədir. "Sumqayıt” AZAL-la nəinki bu çempionatda, ümumiyyətlə, ardıcıl 2 mövsümdür uğursuz oynayır. Təsadüfi deyil ki, sumqayıtlılar rəqibi üzərində son qələbəni 2 il öncə bayram edib. Samir Abasovun komandasının qış fasiləsindən sonra hesabında nə xal, nə də qol var. Üstəlik, "Sumqayıt” evdə qələbə qazanmaqda böyük çətinliklə üzləşib. Təsadüfi deyil ki, ikinci dövrədə bu, mümkün olmayıb. Sumqayıtlıları ümidləndirən rəqibinin qeyri-sabit çıxışı və xallarını daha çox evdə qazanmasıdır.
"Qarabağ” "Neftçi”ni bu mövsüm yenə bilmir
Sözsüz ki, turun mərkəzi oyunu "Qarabağ” – "Neftçi” matçı olacaq. Bu, tarixi derbidir. Axı yalnız bu komandalar 1992-ci ildən keçirilən milli çempionatların iştirakçılarıdır. Təsadüfi deyil ki, "Qarabağ”la "Neftçi” ölkə çempionatında ən çox görüşən rəqiblərdir. Bu, artıq 63-cü duel olacaq. "Qarabağ” "Neftçi”ni 2 qələbə (müvafiq olaraq 20 və 18) qabaqlayır.
"Ağ-qaralar” uzun müddət idi ki, rəqibinə qalib gələ bilmirdi və bu sindromu hazırkı baş məşqçisi Əsgər Abdullayevlə qıra bildi. "Neftçi”nin cari mövsümdə Ağdam klubu üçün ən arzuolunmaz rəqiblərdən biri olduğu desək, yanılmarıq. Hər halda, "Qarabağ” bu çempionatda "ağ-qaralar”ı yenə bilməyib. "Neftçi” ilk dövrədə daha çətin günlərini yaşasa da, lideri az qala onun meydanında da 1:0 hesabıyla yenəcəkdi. Ancaq oyunun baş hakimi olan FİFA referisi Fariz Yusofovun uzatma dəqiqələrdə təyin etdiyi, böyük müzakirələrə səbəb olan və Riçard Almeydanın dəqiq yerinə yetirdiyi penalti zərbəsi olmasaydı. Qurban Qurbanovun komandasının öz meydanında məğlubedilməzliyi, "Neftçi”nin isə "Qarabağ”a səfərdə 3 ildir qalib gələ bilməməyi meydan sahiblərinin qələbə şansını artırır.
"Zirə”nin liderə bir qədər də yaxınlaşmaq şansı
"Zirə” liderlə xal fərqini bir qədər də azaltmaq imkanına malikdir. Təbii ki, bunun üçün ilk növbədə, "Xəzər Lənkəran”a səfərdə qalib gəlmək lazımdır. Statistika Adil Şükürovun komandasının xeyrinədir – lənkəranlılar üzərində hər 2 oyunda qələbə. Digər amil "Qarabağ”ın "Neftçi” ilə matçda xal itirmə ehtimalının olmasıdır. Bu, baş verərsə, debütant 2-ci pillədə yerini möhkəmlədərək liderə bir qədər də yaxınlaşa biləcək.
"Qəbələ” "Rəvan”a səfərdə həmişə qalib gəlib
"Rəvan” - "Qəbələ” cütündə sözsüz ki, qonaqlar favoritdir. Qüvvələr nisbətində fərq, turnir cədvəlindəki mövqelər və digər amillər bunu deməyə əsas verir. Bu amillərdən biri də odur ki, "Qəbələ” "Rəvan”la bütün 5 səfər oyununda meydanı qalib tərk edib. Sonuncu isə böyükhesablı olub – 3:0. Düzdür, Bəhmən Həsənovun "Rəvan”ın baş məşqçi postuna qayıdışından sonra Qəbələdə xal qazanmaq mümkün oldu. Özü də qonaqlar az qala qələbəni bayram edəcəkdi: Artıq "Qəbələ”də olmayan argentinalı yarımmüdafiəçi Fakundo Pereyranın son saniyələrdə bərabərlik qolu olmasaydı.
Ardıcıl 2 turdur qələbə qazanan Roman Qriqorçukun komandası üçün fevral təqvimində qalan rəqiblər autsayderlərdir. Yəni, "Rəvan”la səfər sınağından sonra evdə "Xəzər Lənkəran”la matç. Bu isə o deməkdir ki, "qırmızı-qaralar” hesabına növbəti 6 xalı yazaraq, ən azı 3-cü pillədə möhləmlənə bilər.
19 fevral
15:00. "İnter” – "Kəpəz”
Bakı. "İnter Arena”.
Cari mövsümdəki oyunlar – 1:0, 0:0.
20 fevral
15:00. "Sumqayıt” – AZAL
Sumqayıt. "Kapital Bank Arena”.
Cari mövsümdəki oyunlar – 1:1, 0:2.
17:30. "Qarabağ” – "Neftçi”
Bakı. "Azərsun Arena".
Cari mövsümdəki oyunlar – 1:1, 0:1.
21 fevral
14:00. "Xəzər Lənkəran” – "Zirə”
Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu.
Cari mövsümdəki oyunlar – 0:1, 0:1.
16:30. "Rəvan” – "Qəbələ”
Bakı. "Bayıl Arena” stadionu.
Cari mövsümdəki oyunlar – 0:3, 1:1.
Mehman SÜLEYMANOV