"Qəbələ”nin kapitanı Aleksey Qay Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Rəvan”ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyunu necə dəyərləndirirsiniz?
- Qələbə qazanmaq heç də asan olmur. Bunun çox səbəbləri var. Fikrimcə, əsas məsələ ondadır ki, rəqibi sıxaraq qələbəni qopara bilirik. Bu, daha çox qiymətləndirilir.
- Rəqib iki dəfə penalti tələb etdi. Həmin epiozadlara yaxın idinmi?
- Epizodlardan biri yadımdadır. Ancaq onda 11 metrlik zərbəyə səbəb olacaq qayda pozuntusunu görmədim.
- Komanda son 3 oyunda qalib gəlsə də, buna 1 qol vuraraq, minimal üstünlüklə nail olursan. Səbəb nədir?
- Futbolda ən gözəl şey tablodakı hesabdır. "Qəbələ” qalib gəlirsə, hamımız bundan razı olmalıyıq. Qolların sayına gəlincə, əlbəttə, çox olmasını istəyirsən. Bunun üzərində işləyirik. Düşünürəm ki, gələcəkdə yaxşı olacaq.
- "Qəbələ” zəif rəqiblər üzərində də çətinliklə qələbə qazanır...
- Mən rəqibləri güclü və ya zəiflərə bölmürəm. Rəqibdən asılı olmayaraq, hər oyunda topla çox olmağa çalışırıq. Bu, bizdə bəzən alınır, bəzən yox. Rəqibdən daha çox öz oyunumuza diqqət yetirməliyik.
- Ardıcıl 2-ci oyundur kapitanlıq sarğısını daşıyırsan. Özünü necə hiss edirsən?
- Yetərincə rahat.
- Turnir cədvəlində hazırkı vəziyyətiniz sizi qane edir?
- Uzağa baxmaq lazım deyil. Sadəcə, bütün oyunlarda qalib gəlmək lazımdır. Artıq sonda baxarıq ki, çempionatı hansı yerdə başa vurduq.
- Ötən il də qış fasiləsindən sonra pis başlamışdınız. Ancaq sonradan uzun qələbə seriyası. İndi də keçənilki seriya təkrarlanır?
- Burada ssenari qurmaq çətindir. Təsadüf onda ola bilər ki, yaxşı start götürmürük. Əgər sonda hər şey uğurlu olsa, heç kim bunu yada salmayacaq.
Mehman SÜLEYMANOV