1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Evində 118 gündən sonra sevinən “Sumqayıt”
"Sumqayıt” Azərbaycan Premyer Liqasında ev oyunlarındakı qələbəsizlik sindorumunu qıra bilib. Sportnet.az-ın məlumatına görə, Samir Abasovun baş məşqçi olduğu komanda 118 gündən sonra Sumqayıtda qalib gəlib.
Həmin qələbə "gənclik şəhəri" təmsilçisinin AZAL-ı 2:0 hesabı ilə yendiyi XXII tur matçında baş verib. "Sumqayıt” doğma publika qarşısında sonuncu qələbəsini ilk dövrənin son turunda "Qarabağ” üzərində qazanmışdı – 1:0. Bundan sonra "Neftçi” (1:2), "Qəbələ” (2:2), "Kəpəz” (2:2), "Rəvan” (3:3) və "Zirə” ilə ev matçlarında qələbə həsrəti yaşanırdı. Bununla da sumqayıtlılar ikinci dövrədə öz meydanında qalib gələ bilməmişdilər.
AZAL-la matçda qazanılan 3 xal "Sumqayıt”ın ümumiyyətlə, qış fasiləsindən sonra ilk qələbəsi olub. Komanda bunadək 3 turda nəinki xal qazanmamış, qol da vura bilməmişdi. "Quru seriya”ya son qoyan yarımmüdafiəçi Murad Ağayev bir vaxtlar oynadığı AZAL-ın qapısına yol tapıb. "Sumqayıt”ın ikinci qolunun müəllifi olan hücumçu Ağabala Ramazanov isə "təyyarəçilər”lə ilk dövrədəki ev oyununda (1:1) da fərqlənmiş, ikinci dövrədə Şüvəlandakı matçda isə penaltidən yararlana bilməmişdi.
Ümumiyyətlə, "Sumqayıt” 5 oyundan sonra meydanı qalib tərk edib. Komanda sonuncu qələbəsini XVI turda - 2015-ci il dekabrın 11-də səfərdə "İnter”lə matçda qazanıb – 3:2. Bundan isə 81 gün ötüb.
Mehman SÜLEYMANOV