"Qəbələ”nin estoniyalı futbolçusu Sergey Zenyov "Zirə” ilə kubok matçında hakimlikdən çox narazı qalıb. Hücumçu Sportnet.az-a açıqlamasında FİFA referisi Rəhim Həsənovun idarəçiliyini kəskin tənqid edib. Onun sözlərinə görə, baş hakim kobud xətalara yol verib: "Əsas odur ki, qalib gəldik. Kubok matçı 2 oyundan ibarətdir və səfərdə 2 qol böyük üstünlükdür. Ancaq hələ heç nə həll olunmayıb. Hər şeyə cavab matçı aydınlıq gətirəcək. Son oyunlarda bizə qarşı necə hakimlik edildiyini nəzərə alsaq, 2:1 hesabı heç də pis nəticə deyil. Mən bilmirəm, belə hakimliklə nə edək, bütün bunlara necə reaksiya göstərək. Sadəcə, biabırçılıqdır”.
Mehman Süleymanov