1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"İn kapitanı prezidentə qarşı: "Bu, onun öz fikridir" - MÜSAHİBƏ
"İnter"in futbolçusu Nizami Hacıyevin Sportnet.az-a müsahibəsi
- Kubokun 1/4 final mərhələsinin ilk oyununda "Rəvan"a - asan görünən rəqibə məğlub oldunuz. Oyun haqda fikirlərini bildirərdin...
- Deməzdim ki, asan məğlub olduq. Sadəcə bir az bəxtimiz gətirmədi. 6-7 yüz faizlik qol epizodlarından üçün məndə oldu və yararlana bilmədim. Bir az narahatçılığımız var. Kubok matçında məğlub olmuşuq. Ancaq heç nə bitməyib. Öz meydanımızda minimal hesablı qələbə bizi növbəti mərhələyə çıxaracaq. "Rəvan"ı qələbə münasibətilə təbrik edirəm. Düzdür, bir az vaxtı gecikdirirdilər, istər-istəməz futbolçuların əsəbləri ilə oynayırdılar. Amma hər komanda, hər futbolçu qalib gəlmək istəyir. Qarşıda cavab oyunu var və bu görüşdə hər şeyə aydınlıq gələcək.
- Demək olar ki, komandanın bütün məsuliyyəti sənin üstündədir. Çünki son zamanlarda ancaq sən fərqlənirsən...
- Deməzdim ki, bütün məsuliyyət mənim üstümdədir. Çünki məndən əlavə də futbolçular var. Düzdür, son zamanlarda bir neçə qol vurmuşam. Ancaq bu bütün komandanın yaratdığı imkandır ki, mən də bundan yararlana bilmişəm. Komanda mənə güvənirsə, cavab görüşü və digər oyunlarda da əlimdən gələni edəcəm.
- İşinin öhdəsindən layiqincə gələ bilirsən?
- "Rəvan"la oyunda gələ bilmədim. Çünki çətin oyun oldu və yüz faizlik üç qol epizodu oldu. Yararlana bilərdim, amma olmadı. Bu görüş deyərdim ki, mənim üçün bir az ağır keçdi. Ancaq heç nə bitməyib.
- Səncə "İnter"də qələbə üçün nə çatmadı?
- Son nöqtə, düzgün qərra qəbul etmək... Bir epizodda başımı topa asta vurdum və alınmadı. Bəlkə də bir az möhkəm vursaydım, başqa cür olardı.
- Ola bilərmi "Qarabağ"la oyunda komanda yorulub və bu özünü biruzə verir?
- Bir az yorğunçuluq vardı. "Qarabağ"la oyundan sonra mən xaricə getmişdim. Oyundan bir gün əvvəl gəlmişəm. Yorğunçuluq vardı. Amma baş məşqçi mənə güvənirsə, o demək deyil ki mən yorğunam və pis oynamalıyam. Meydana çıxmışamsa, hər şeyi unudub əlimdən gələni etməliyəm.
- Bəlkə kuboka elə də əhəmiyyət vermirsiniz?
- Yox, kimsə bunu deyirsə, tamamilə yalnışdır.
- Ancaq klub prezidenti Rəşad Qasımov kubokun o qədər də önəmli olmadığını bildirib...
- Klub prezidenti deyirsə, onun da öz fikirləri var. Bir futbolçu kimi deyə bilərəm ki, mənim üçün çempionat və ya kubokun fərqi yoxdur. Hər iki cəbhədə mübarizə aparmağa hazıram. Bunun üçün də əlimdən gələni edəcəm. Bəlkə klub prezidenti başqa şeyləri düşünüb belə deyir. Mən futbolçuyam və bilmədiyimiz şeylər var. Meydana çıxıramsa, əlimdən gələni etməliyəm.
- "Zirə" turnir cədvəlində ikinci pillədədir və bir çox komandalara baş ağrısı olur. Düşünmürsən ki, bu komanda sizin avrokubok yolunuzu kəsə bilər?
- Birinci ildir ki, Premyer Liqada mübarizə aparırlar və nəticələri çox yaxşıdır. Bu komandadan 7-8 xal arxada olmağımız bizə məyus edir. Digər tərəfdən də sevindirici haldır ki, "Zirə" çempionata rəng qatır. Hər bir klubla başabaş mübarizə aparır, qalib gəlir. Bu da normaldır. Bütün komandalarımız bu səviyyədə olsa, sözsüz ki, çempionatın səviyyəsi artacaq. Ancaq bu gün 4-5 komanda bir-birinə rəqibdir.
- Klub prezidenti komandanın əsas gücünü çempionata qoyacağını, çempionluq üçün oynadığını deyib. Fikrincə bu xal fərqini aradan qaldırmaq çətin olmayacaq?
- Hər şey öz əlimizdədir. "Zirə" ilə qarşıda bir oyunumuz var. Üstəlik onların da bir neçə çətin oyunları qalıb. Heç kim bizim "Rəvan"a məğlub olmağımıza inanmazdı. Ancaq bu futboldur. Hər şey qarşıdadır, əlimizdən gələni edib, adımıza layiq mövqeni tutmalıyıq.