"Qəbələ”nin futbolçusu Elvin Camalov Azərbaycan Kubokunda "Zirə” ilə 1/4 final matçını başa çatdıra bilməyib. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı yarımüdafiəçi 84-cü dəqiqədə aldığı zədə üzündən meydanı xərəkdə tərk etməlı olub. Baş hakim Rəhim Həsənov Elvinə qarşı kobud oyuna görə "Zirə”nin futbolçusu Vüqar Mustafayevə sarı vərəqə göstərib.
Elvin Sportnet.az-a açıqlamasında vəziyyəti haqda məlumat verib: "Şükür Allaha ki zədəm ciddi deyil. Düzdür, ayağımda bir az şiş var, ağrılar qalıb. Ancaq ümumulikdə vəziyyətim yaxşıdır. Rəqib topuq nahiyəmdəki sümüyümü zədələyib. Qarşıdakı turda oynayıb-oynamayacağımı sabah komanda ilə birgə məşqə çıxandan sonra dəqiq biləcəyəm. Həkimlər icazə versə, çox güman, qarşıdakı matçda meydana çıxa biləcəyəm”.
Qeyd edək ki, "Qəbələ”nin növbəti oyunu Premyer Liqanın 24-cü turunda martın 5-də səfərdə "Neftçi” ilə olacaq. Camalov limiiyə uyğun gələn futbolçu olduğundan meydana çıxa bilməzsə, onu qaydalara görə 21 yaşadək futbolçu əvəzləməlidir.
Mehman Süleymanov