1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Namiq Ələsgərov: "Qərarımı yayda verəcəyəm" - MÜSAHİBƏ
"Kəpəz"in "Qarabağ"dan icarəyə götürdüyü Namiq Ələsgərovun "Rəvan"ı 3:1 hesabı ilə yendikləri futbolçu Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra Sportnet.az-a müsahibəsi
- "Rəvan”ı 3 top fərqi ilə məğlub etdiniz. Qarşılaşmanın belə asan keçəcəyini düşünürdünüzmü?
- Düzü, çətin oyun keçəcəyini gözləyirdik. Amma erkən qol vurmağımız işimizə xeyli yaradı. Oyun qoldan sonra bizim üçün daha rahat oldu. Demək olar ki, bundan sonra oyunda üstünlüyü ələ aldıq.
- "Rəvan” hazırda heç də yaxşı durumda deyil. Bu sizin nə dərəcədə işinizə yaradı?
- Bizim məqsədimiz "Rəvan”ı məğlub etmək idi. Mütləq bu işin öhdəsindən gəlməli idik. Çünki belə oyunlarda qazanacağımız xallar qarşıdan gələn çətin oyunlarda işimizə yaraya bilər. Şükürlər olsun ki, istəyimizə çatdıq. "Rəvan”ın əvvəlki oyunlarına baxmışdıq. Əksər komandalara qarşı başabaş mübarizə aparıblar. Necə oynayacaqlarını bilirdik. Biz də ona uyğun hazırlaşmışdıq.
- Uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qaldın. İndi vəziyyətin necədir?
- Tam bərpa olunduğumu deyə bilmərəm. Bir az çətinliyim var. İnanıram ki, oyundan-oyuna hər şey qaydasına düşəcək. Bir çox oyunlarda əsas heyətdə şans qazanıram. Bu, formamı bərpa etməyim üçün yaxşı haldır. Buna görə, baş məşqçimiz Şahin Diniyevə təşəkkür edirəm. Onun ümidlərini doğrultmağa çalışıram.
- Turnir cədvəlində 5-ci pillədə qərarlaşmısınız. Avroliqa şanslarınızı necə dəyərləndirirsən?
- Şanslarımız var. Çalışırıq ki, qitəmiqyaslı turnirlərə vəsiqə qazana bilək. "Neftçi”nin "Qəbələ”yə məğlub olması bizim xeyrimizə oldu. Şanslarımız daha da yüksəldi.
- Məlum məsələdir ki, hazırda Gəncə Şəhər Stadionunda lazımi şərait yoxdur. Belə bir məkanda oynamağa çətinlik çəkmirsiniz?
- O meydanda hamı çətinlik çəkir. Təkcə mənim üçün yox, orada oynamaq bütün futbolçular üçün çətindir. İstənilən halda meydanda öz oyunundan daha yaxşısını sərgiləməlisən.
- Nəzər alsaq ki, hələ gəncsən və sənə oynamaq lazımdır ki, özünü subut edəsən. "Kəpəz”ə keçidin milli komandadakı yerini qorumaq baxımından sənə yardımçı olacaqmı?
- Əlbəttə. Nə qədər çox meydana çıxsam, bir o qədər yaxşı olar. Çünki mütamadi oynadıqca, özümü yaxşı tərəfdən göstərə bilərəm. Meydanda olduğum zaman da məşqçilərin etimadını dorultmağa çalışıram. İnşallah göstərdiyim oyunla yenidən milli komandaya dəvət almacam.
- Bir neçə tur öncə Gəncədə "Qarabağ”la qarşılaşdınız. Həmin oyunda Ağdam klubunun qapısından qol da vurdun. Nəzərə alsaq ki, "Kəpəz”də icarədə oynayırsan, nə vaxtsa "Qarabağ”a qayıtmaq ehtimalın var. Qarşılaşmadan sonra Qurban Qurbanov sənə nəsə demədi?
- Qurban müəllim məni təbrik etdi və uğurlar arzuladı.
- Mövsümün sonunda "Kəpəz”lə müqavilən başa çatır. Gələcəyinlə bağlı nə düşünürsən?
- Hazırda bu barədə düşünmürəm. Bu dəqiqə bütün diqqətimi "Kəpəz”in oyunlarına yönəltmişəm. Yəqin ki, qərarımı yayda verəcəyəm.
- "Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu "Rəvan”la oyundan sonra paltardəyişmə otağına gəldi. Bundan sonra otaqdan sevinc və alqış səsləri eşidildi. Deyəsən, komandaya mükafat veriləcək...
- Yox, sadəcə, qələbəyə görə bizi təbrik edirdi.