1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionlar Liqası və Avropa Liqasında püşkatma
Bu gün futbol üzrə Avropa kuboklarında 1/4 final mərhələsinin püşkü atılacaq. Sportnet.az-ın məlumatına görə, hər iki turnirdə cütlüklərin tərkibi "kor püşk"lə müəyyənləşəcək.
Yəni, bu zaman eyni ölkənin iki komandasının bir-biri ilə üz-üzə gəlmə ehtimalı da olacaq.
Əvvəlcə, Çempionlar Liqasındakı 4 cütlüyün tərkibi müəyyənləşəcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə 5 ölkə klubu iştirak edəcək. Bunlar İspaniyanın "Real Madrid", "Barselona", "Atletiko Madrid", Almaniyanın "Bavariya", "Volfsburq", İngiltərənin "Mançester Siti", Fransanın PSJ və Portuqaliyanın "Benfika" klublarıdır. İlk oyunlar 5-6 apreldə, cavab görüşləri isə 12-13 apreldə keçiriləcək.
Saat 16:00-da başlanacaq Avropa Liqasının 1/4 final mərhələsinin püşkatmasına İspaniyanın "Atletik", "Vilyarreal" və "Sevilya", İngiltərənin "Liverpul", Almaniyanın "Borussiya" (Dortmund), Ukraynanın "Şaxtyor", Çexiyanın "Sparta" və Portuqaliyanın "Braqa" komandaları qatılacaq. İlk oyunlar aprelin 7-də, cavab görüşləri isə aprelin 14-də keçiriləcək.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İsveçrənin Bazel, Çempionlar Liqasının finalı İtaliyanın Milan şəhərində təşkil olunacaq.