Futbol üzrə Azərbaycan I Divizionunda XIX tura start verilib. Sportnet.az-ın məlumatına görə, tur meydan sahibləri üçün uğurlu olub.
Belə ki, keçirilən 4 matçdan 3-də qalib gələn ev sahibləri yalnız 1-də qolsuz bərabərlik nəticəsində xal itirib. Uzun illər Premyer Liqada çıxış etmiş, Azərbaycan çempionu və ölkə kubokunun sahibi olan "Bakı" növbəti məğlubiyyətini Qusarda "Şahdağ"dan alıb.
24 mart
"Ağsu” - "Energetik” - 3:0
Elnur Səmədov, 24, 62; Elmixan Məmmədov, 66
"Şəmkir” 1-0 "Göyəzən”
Cəlal Cəlalzadə, 77-öz qapısına
"Turan Tovuz” - "Mil-Muğan” - 0:0
"Şahdağ” - "Bakı” - 2:1
David Çaçkunaşvili, 35; Sərxan Ağayev, 57 - Nicat Süleymanov, 76








































































