"Qəbələ” Azərbaycan Premyer Liqasında XXVIII turun "İnter”lə ev oyununun hazırlığına start verib. Sportnet.az-ın məlumatına görə, ötən turun AZAL-la səfər matçından sonra bir günlük istirahətə buraxılan "qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib.
Günün ikinci yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən komanda sonra toplu çalışmalarla məşq edib. Hazırlığa zədəli Dodo istisna olmaqla bütün futbolçular qatılıb. Baş məşqçi Roman Qriqorçuk növbəti məşqi sabaha təyin edib. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.
Qeyd edək ki, IV dövrədə ilk turun "Qəbələ” – "İnter” matçı aprelin 3-də keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək.
XXVIII tur
3 aprel
19:00. "Qəbələ” – "İnter”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu