
İyulun 15-də Türkiyə Super Liqaısnın püşkü atılacaq. Sportnet.az-ın Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən məlumatına görə, mərasim sabah Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Püşkatmada Super Liqada iştirak edən bütün klubların nümayəndələri təmsil olunacaq. 29-31 avqust tarixində start götürəcək marafon 2015-ci il mayın 31-də başa çatacaq.
Qeyd edək ki, Türkiyə Super Liqasında Azərbaycan yığmasında təmsil olunan yeganə futbolçu Cihan Özkaradır. O, ötən mövsümü 4-cü pillədə tamamlayan "Sivasspor"un şərəfini qoruyur. Tutduğu yerə görə Avropa Liqasında iştirak etmək hüququ əldə edən Sivas təmsilçisi ölkə çempionatında danışılmış oyunlarda iştirak etdiyinə görə UEFA-nın qərarı ilə qitəmiqyaslı turnirdən kənarlaşdırılıb.









































































