
"Rəvan” Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ilk qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, Bəhmən Həəsnovun yetirmələri bu gün "Neftçi”nin məğlub etməklə 133 günlük həsrətə son qoyub.
Autsayder çempionatda sonuncu qələbəsini hələ ikinci dövrədə - 13-cü turda evdə "Zirə”ni yenməklə qazanmışdı. Maraqlıdır ki, noyabrın 22-də qeydə alınan həmin qalibiyyət də erkən qolla 1:0 hesablı olmuşdu. "Rəvan”ın bu il yeganə qələbəsi ölkə kubokunda "İnter” üzərində olaraq, həmin vaxt da "Bayıl Arena”da gerçəkləşmişdi.
Qeyd edək ki, bu il çempionatda qələbəyə həsrət qalan yeganə komanda "Xəzər Lənkəran”dır.