AZAL cari mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, 4-cü dövrənin ilk turunda "Kəpəz”lə ev oyununda 3:0 hesablı qələbə ilə reallaşıb.
Özü də "təyyarəçilər” böyükhesablı qələbni son saniyələrdə penalti ilə gerçəkləşdiriblər. Bundan az öncə meydana çıxan Mirağa Hüseynpur özünə qarşı qayda pozuntusuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini qola çevirib.
Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə böyük hesabla ötən çempionatın sonuna yaxın – 35-ci turda qalib gəlmişdi. Ancaq 11 ay öncə, konkret mayın 22-də mövsümün son ev oyununda "Simurq” üzərində qələbə daha böyük hesabla olmuşdu – 5:0. Bu, Tərlan Əhmədovun nəinki AZAL-da, ümumiyyətlə, baş məşqçi kimi ilk böyükhesablı qalibiyyəti idi.
"Kəpəz” isə Premyer Liqaya qayıdışından sonra cari mövsümdə bunadək yeganə böyükesablı məğlubiyyətini də paytaxta alıb. Lider "Qarabağ”a "Azərsun Arena”da 5 ay öncəki həmin yenilgi də 0:3 hesabı ilə olub.