Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar İspaniya və Almaniyada baş tutacaq.
"Barselona" doğma azarkeşlər önündə digər bir İspaniya təmsilçisi "Atletiko"nu sınağa çəkib. Primeroda liderlə ən yaxın izləyicisinin görüşü maraqlı, gərgin mübarizə şəraitində keçib. Matç Kataloniya təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə nəticələlib. "Atletiko" Fernando Torreslə hesabı açsa da, sonradan bu hücumçusu qırmızı vərəqə aldığınıa görə çətin vəziyyətə düşüb. "Barselona" bu say üstünlüyündən maksimum istifadə edib. Uruqvaylı hücumçu Luis Suares dublu ilə meydan sahiblərini qalib edib.
Münhendə isə cəmi 1 qol vurulub. "Bavariya" Arturo Vidalla erkən qola imza atsa da, bunun davamı gəlməyib. Beləliklə, facoritlər olan meydan sahibləri ilk oyunları minimal fərqli qələbə ilə başa vurublar.
Çempionlar Liqası, 1/4 final, ilk oyunlar
22:45. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 1:0
Qol: Arturo Vidal, 2
Baş hakim: Şimon Marçinyak (Polşa)
Münhen. "Alyans Arena"
22:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1
Qollar: Luis Suares, 63, 74 - Fernando Torres, 25
Qırmızı vərəqə: Fernando Torres, 36
Baş hakim: Feliks Brıx (Almaniya)
Barselona. "Kamp Nou"
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunlarına aprelin 6-da keçiriləcək PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) və "Volfsburq" (Almaniya) - "Real Madrid" (İspaniya) matçlarıı ilə yekun vurulacaq.