
Bu gün 19 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit roundu çərçivəsində Polşa yığması ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, görüş İrlandiyanın paytaxtı Dublində keçirilib.
Serbiyalı referi Ana Miniç idarə etdiyi matç qolsuz bərabərliklə nəticələnib. BUnunla da qızlarımız mübarizəyə xalla başlayıb.
17:00. Azərbaycan - Polşa - 0:0
Baş hakim: Ana Miniç (Serbiya)
Dublin. Karlisle Grounds
Qeyd edək ki, yığma komanda aprelin 7-si İrlandiya, 10-da isə Almaniyaya qarşı mübarizə aparacaq.