Azərbaycan Premyer Liqasında son tur daha çox meydan sahibləri üçün uğurlu olub. Sportnet.az-ın məlumatına görə, yalnız Lənkərandakı oyunda qonaqlar qələbə qazanıblar. Onda da lider "Qarabağ”ın autsayder "Xəzər Lənkəran”ın yenəcəyi gözlənilən idi.
Ümumiyyətlə, 4-cü dövrənin ilk turu turnir cədvəlində demək olar dəyişikliyə səbəb olmayıb. Yalnız "İnter”in "Kəpəz”ı çatdığını və şəxsi oyunlara görə 3-cü pilləni onun əlindən adlığını qeyd edə bilərik. Bombardirlər yarışında da dəyişiklik olmayıb. Bu, azmış kimi ən azı 6 qol vuran futbolçulardan heç biri ötən tur fərlqənə bilməyib.
Ötən tur qol vuranlarla bağlı isə maraqlı məqamlar var. Əvvəla, qış fasiləsindən sonra ən azı qolun (cəmi 8 qol) vurulduğu turlardan biri olub. Ən diqqətiçəkən məqam isə bütün qolları yerli futbolçuların imza atmasıdır. Belə şey isə Premyer Liqada cari mövsümdə hələ olmamışdı.
Bəli, legionetlərimiz çempionatda, bombardirlər yarışında nə qədər "at oynatsalar” da, ötən tur 1 dəfə olsun fərqlənə bilməyiblər. Görünür, ordumuzun torpaqlarımızı işğaldan azad etməsi azərbaycanlı futbolçularda o dərəcədə ruh yüksəkliyinə səbəb olub ki, onlar da öz növbəsində futbol meydançasında qəhrəmana çevriliblər. Söhbət AZAL-dan Aydın Qasımov, Hacı Əhmədov, Mirzağa Hüseynpur, "Rəvan”dan Elvin Həsənəliyev, "Zirə”dən Nurlan Novruzov, "Xəzər Lənkəran”dan Tural Qürbətov və turda yeganə dublun müəllifi olan "Qarabağ”dan Mahir Mədətovdan gedir. Onlardan çoxu qol vurduqdan sonra baş verən məlum olaylarla bağlı əsgər salamını vermələri ilə diqqət çəkiblər.