1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA "Kəpəz"in futbolçusunu cəzalandırdı
AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında aşağıdakı qərarlar qəbul olunub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXVIII turunun AZAL – "Kəpəz" matçının 90+3-cü dəqiqəsində qonaqların futbolçusu Junior Martins ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Əvəzedici heyətlərinin XXVIII turunun "Qəbələ" – "İnter" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimələnib. "Rəvan" – "Neftçi" matçında "ağ-qaralar"ın futbolçusu Akşin Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
I Divizionun XX turunun "Mil-Muğan" – "Şahdağ" matçında qonaqların klubunun 4 futbolçusu, "Şərurspor" – "Turan Tovuz" matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimələnib.
"Bakılı" – MOİK matçının 77-ci dəqiqəsində "Bakılı” klubunun 17 №-li futbolçusu Rasim Daşdəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunub.