Tanınmış fransalı futbolçu Silven Viltord 42 yaşında karyerasını bərpa edir. Sportnet.az-ın məlumatına görə, 2000-ci ildə milli komandasının heyətində Avropa çempionu olan hücumçu 4 illik fasilədən sonra yaşıl meydana qayıdır. O, bu haqda "Tvitter"dəki səhifəsində məlumat verib: "Uzun müddət düşünəndən sonra futbola qayıtmaq qərarına gəldim. Bu haqda daha geniş aprelin 20-də keçirəcəyim mətbuat konransında məlumat verəcəyəm. Həmin vaxt gələcək planlarımı açıqlayacağam”.
Viltord karyerası boyu "Renn”, "Deportivo”, "Bordo”, "Arsenal”, "Lion”, "Marsel”, "Mets” və "Nant” klublarında oynayıb. O, Fransa millisinin heyətində 92 matçda 26 qol vurub.
Almaniya milli komandasının sabiq futbolçusu Mario Basler isə karyerasını 47 yaçında bərpa edib. O, Almaniyanın 7-ci liqasında "Ryussingen” klubunun heyətində meydana çıxıb. Ancaq bu, onun yeni komandasına kömək olmayıb və "Hyuffelsxaym”la matç 1:2 hesablı məğlubiyyəti ilə bitib. Özü də maraqqlıdır ki, Basler orta sahədə yox, qapıda yer alıb. Ancaq bunun yeganə hal olduğu qeyd edilir. Yəni gələcək matçlarda Baslerin oynaması gözlənilmir.
Qeyd edək ki, Basler 1999-cu ildə "Bacariya”nın heyətində "Mançester Yunayted”də məşhur Çempionlar Liqası finalı matçında iştirak edib, hətta qol vurub.