Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Bakıya qayıdıb. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis hazırda "Bakcell Arena"dadır.
Prosineçki "Neftçi" və "Qarabağ" komandaları arasında keçirilən Premyer Liqanın XXX tur matçını izləyir. Onunla yanaşı, oyuna AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Yaşar Vahabzadə də baxır.
Qeyd edək ki, Robert Prosineçki bir neçə gün öncə Xorvatiya mətbuatına açıqlamasında Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən həyat yoldaşının qorxduğunu və ailəsini Bakıdan apardığını bildirib.