Azərbaycan Premyer Liqasında XXX turdan qeyri-adi məqam ortaya çıxıb. Sportnet.az-ın məlumatına görə, bombardirlər siyahısında ilk 2 yerin sahiblərinin turnir cədvəlində son pillələrdəki komandalar qədər qol vurduğu müəyyənləşib.
Hesabat turunda növbəti dəfə fərqlənərək, qollarını 14-ə çatdıran "Zirə"nin hücumçusu Nelson Bonilya "Xəzər Lənkəran"ın toplaya bildiyi xallar qədər fərqlənib. O, 14-cü qolunu ötən gün elə bu komandanın qapısından keçirib.
İkinci ən məhsuldar oyunçu Dani Kintana isə 11-ci qolunu "Neftçi" ilə səfər matçında vurub. Bununla da "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi qol sayında "Rəvan"ın xalları ilə bərabərləşib.
Autsayderlərlə riyazi paralelləri Dani və Bonilyanın komandalarına nəzərən də aparmaq mümkündür. "Qarabağ"la "Zirə"ni bir-birindən 10 xal ayırırsa, "Rəvan"la "Xəzər Lənkəran"ın buraxdıqları qolların fərqi 10-a bərabərdir.
Bombardirlər: Nelson Bonilya ("Zirə") - 14, Dani ("Qarabağ") - 11 qol.