1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mövsümün 300-cü qolu
Azərbaycan Premyer Liqasında mövsümün 300-cü qolu vurulub. Sportnet.az-ın məlumatına görə, yubiley qolu XXX tura təsadüf edib.
Bu turadək baş tutan 29 turun 145 matçında 297 qol qeydə alındığından bu həftəyə təsadüf edən 3-cü top yubiley xarakteri daşıyıb. Mövsümün 300-cü qolunu "Kəpəz"in kapitanı Tural Axundov vurub. O, "İnter"lə qarşılaşmada penaltidən dəqiq istifadə edib.
Ümumilikdə isə turun sonunadək qol sayı 306-ya çatıb. 150 matçda bu qədər qolun vurulması nəticəsində orta məhsuldarlıq 2,04-ə bərabərdir. Meydan sahibləri 176, qonaqlar 130 qol vurub.
Qeyd edək ki, mövsümün ilk qolunu 2015-ci il avqustun 9-da Viktor İqbekoyi ("Zirə"), 100-cü qolunu oktyabrın 28-də Vüqar Mustafayev ("Qarabağ"), 200-cü qolunu isə bu il fevralın 14-də Rəşad Sadıqov ("Qarabağ") vurub.