1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Barselona": son 13 ildə ilk dəfə...
"Barselona" cari mövsümdə ən uğursuz dönəmini yaşayır. Sportnet.az-ın məlumatına görə, Luis Enrikenin yetirmələri İspaniya Primerosunda ardıcıl 3-cü məğlubiyyətini alıb. Bunlar "Real Sosyedad" və "Real Madrid"dən sonra "Valensiya" ilə matçda olub.
Bununla da Kataloniya təmsilçisi son 13 ildə ilk dəfə belə uğursuzluqla üzləşib. Belə ki, "Barselona" sonuncu dəfə 2003-cü ildə çempionatda ardıcıl 3 oyunda uduzmuşdu. Çempionlar Liqasını nəzərə alsaq, kataloniyalılar son 5 matçdan 4-də meydanı məğlub tərk edib, yalnız 1-də qalib gəlib.
Primeronun liderinin 3 oyuna 9 xal itirməsi ən yaxın izləyiciləri ilə xal fərqini aradan qaldırıb. Belə ki, "Atletiko" "Barselona"ya çatıb, 3-cü pillədə olan "Real Madrid" isə cəmi 1 xal geridə qalır.