"Qəbələ"nin sabiq futbolçusu Marat İzmaylov karyerasını bitirmək fikrində deyil. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı rusiyalı yarımmüdafiəçi hazırda Portuqaliyada məşq edir.
İzmaylovun agenti Paulu Barboza onun yayda özünə klubla müqavilə bağlamasının mümkünlüyündən danışıb: "Maratda hər şey qaydasındadır. O, Portuqaliyada komanda ilə məşq edir. Ancaq adını açıqlaya bilmərəm. Prinsipcə, Marat yayda yeni klubla müqavilə bağlaya bilər. Fikrimcə, bu, yetərincə realdır. Onun karyerasını bitirmək fikri yoxdur. Futbolçu hələ oynayacaq".
Qeyd edək ki, İzmaylov 2014/15 mövsümünün ikinci yarısında şərəfini qoruduğu "Qəbələ" ilə çempionatımızın bürünc medalını qazanıb. O, bundan sonra "Krasnodar"da 1 il oynayıb və ötən yaydan klubsuzdur.