1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Ruslan Abışovla Ermin Zets iki həftə oynamayacaqlar"
"Ruslan Abışovun sol ayağında əzələ dartılması olub. Biz onu müayinə etdik. Futbolçumuzun müalicəsinə mütləq minimum 2 həftə vaxt gedəcək". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin həkimi Roman Jolobaylyuk deyib. Cari mövsümdə bir neçə dəfə zədə problemi ilə üzləşən Abışov belində ağrılardan əziyyət çəkdiyindən Almaniyada mülaicə olundu. O, bu üzdən komandasının Antalya toplanışını buraxmaq məcburiyətində qaldı.
Premyer Liqanın son turunda "Rəvan"la ev oyununda isə Ruslan hələ ilk hissədə zədələnidyindən əvəzlənməli olub. Ancaq bu dəfə problem başqadır. "Qəbələ"nin həkimini dinləyək: "Abışovun Almaniyada müalicəsi yaxşı nəticələr verdi. Bu dəfə isə problem sırf əzələ ilə bağlıdır. Futbolçu uğursuzlqula üzləşdi, qaçdığı zamanı sağ ayağı irəli, sol ayağı boşa getdi. Ruslanın müalicəsinə artıq başlamışıq. Ümid edirik ki, belə zədələrdə optimal vaxt olan iki həftəyə sağalacaq".
Jolobaylyuk bosniyalı hücumçuları Ermn Zetsin də həmin zədəyə məruz qaldığını bildirib: "O, "Rəvan"la oyun öncəsi məşqdə əzələsini dartdı. Zets də müalicə olunur və təxminən 2 həftəyə sağalacaq". Bu isə o deməkdir ki, Abışovla Zets ən azı Azərbaycan kubokunnda "Neftçi" ilə ilk yarımfinal matçında "Qəbələ"yə kömək edə bilməyəcəklər.
Ukraynalı həkim komandanın braziliyalı kapitanı Dodonun vəziyyətinin qənaətbəxş olduğunu söyləyib: "O, artıq tam sıraya dönüb, komanda ilə birgə məşq edir. Dodonu qarşıdakı oyunlarda yaşıl meydanda gözləyirik. Təbii ki, buna baş məşqçi qərar verəcək".