19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVstriyada təlim-məşq toplanışı keçəcək. Sportnet.az-ın məlumatına görə, Nikolay Adamın rəhbərlik etdiyi yığma komanda iyulun 28-dən avqustun 10-a qədər hazırlıq mərhələsini davam etdirəcək.
17 yaşadək futbolçulardan ibarət yığma komandamız isə Latviyaya yollanacaq. İyulun 20-dən 30-nadək paytaxt Riqada məskunlaşacaq Mirbağır İsayevin komandası hazırlıq prosesi çərçivəsində Latviyanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.